22 Noyabr 2024

Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanları araşdırılacaq

“Ekoloji İnformasiya” İB-yi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması və monitorinqi “ layihəsinin icrasına başlayıb.

Təşkilat ilk tədbir olaraq media təmsilçiləri qarşısında layihənin icrasına dair təqdimat təşkil edib.

“Ekoloji İnformasiya” İB-yinin sədri Musa Muradlı çıxış edərək layihənin məqsədi və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş və əhatəli  məlumat verib. Bildirib ki, layihə Qarabağ İqtisadi Rayonuna daxil olan  Bərdə, Ağcabədi,Ağdam, Tərtər , Füzuli rayonlarını əhatə edəcək. Layihə tədbirləri kimi ekoturizmlə bağlı rəy sorğuları keçiriləcək, ekoturizmin real durumunu əks etdirən monitorinqlər təşkil olunacaq. Yerli Turizm idarələri ilə əməkdaşlıq gücləndiriləcək. Turizm idarələrinin fəaliyyəti təhlil olunacaq, rəy və təklifləri dinlənilərək yekun hesabatda qeyd olunacaqdır.

Habelə , Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı qeyd edib ki, layihə çərçivəsində ekoturizmlə bağlı buklet hazırlanacaq, sosial çarx çəkiləcək,  www.karabakhecotourism.az saytı təsis ediləcək.

Sonda medianın sualları cavablandırılıb.

Ekoloji İnformasiya İB