Qarabağ ermənilərinin itkisi 2204-ə çatıb-daha 29 nəfərlik siyahı
Qarabağda mövcud olmuş xunta rejimi döyüş meydanından yığılan meyitlərin şəxsiyyətini dəqiqləşdirdikcə siyahıları açıqlayır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ermənilər daha 29 silahlının ad-soyad və doğum tarixini açıqlayıb. Bununla da Qarabağdakı qondarma rejim 44 günlük müharibədə məhv edilmiş “hərbçilər”in sayının 2204-ə çatdığını elan edib.
Qeyd edək ki, döyüş meydanında axtarışlar davam edir.