20 Aprel 2024

Qarabağ erməniləri bugünədək 1155 meyit yığıb: daha 10 meyit tapıldı

Qarabağda, döyüş meydanında daha 10 erməni hərbçinin meyiti aşkarlanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Qarabağ separatçılarının nümayəndəsi Unan Tadevosyan bildirib ki, Xocavənd ərazisindən 1, Füzulidən 5, Hadrutdan 4 meyit tapılıb. O bildirib ki, axtarış işləri bu gün Füzuli və Hadrut istiqamətində davam etdiriləcək. Beləliklə, 13 noyabrdan 2 yanvaradək ermənilər ümumilikdə 1155 hərbçi və mülki şəxslərin meyitini götürüblər.

Xatırladaq ki, bunlar Qarabağ ermənilərinə aid meyitlərdir. Ermənistan Səhiyyə Nazirliyi isə indiyədək 3300 hərbçinin meyiti üzərində məhkəmə-tibb ekspertizasınn keçirildiyini açıqlayıb.