23 Dekabr 2024

Qarabağ bölgəsinin gəncləri üçün “karyera, məşğulluq və işaxtarmaq imkanları” mövzusunda təlimlər keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan”Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsi Bərdə,Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yaşayan və işləyən 20-30 yaşlı gəncləri əhatə edəcək.

Media1.az xəbər verir ki, layihənin icra müddəti oktyabrdan 1-dən başlayacaq, fevralın 1-də yekunlaşacaqdır. 

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Asif Əsgərlinin bildirdiyinə görə, “Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili”layihəsi Bərdə, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yaşayan və işləyən 20-30 yaşlı gəncləri əhatə edəcək. 2021-ci ilin noyabr, dekabr aylarında Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında hər birində 3 gün olmaqla canlı, offline formada gənclər üçün “karyera, məşğulluq və işaxtarmaq imkanları” mövzusunda təlimlər keçiriləcəkdir.

Onu da qeyd edək ki, hər bir rayon üzrə təlimdə 25 nəfərin iştirakı nəzərdə tutulur. Bunun üçün də Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi gəncləri fəal olmağa, anket-sorğu blanklarını dolduraraq, göndərməyə çağırıb. Bildirilib ki, gənclər müraciət edib qeydiyyatdan keçə bilərlər.

Onu da əlavə edək ki, sonda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Media1.az