Qanlı yanvar hadisələrinə həsr olunmuş “Mən qardaşımı axtarıram” filmi təqdim edilib – VİDEO
Qanlı yanvar hadisələrinin 32-ci il dönümünə həsr olunmuş “Mən qardaşımı axtarıram” adlı qısametrajlı film çəkilib.
media1.az xəbər verir ki, filmin rejissoru və ssenari müəlliflərindən Əli-Səttar Quliyev, digər ssenari müəllifi isə Azər Quliyevdir.
Filmdə əməkdar artist Rasim Cəfər və aktyor Azər Aydəmir baş rolları canlandırıblar.
Əsasən gənc kinematoqrafçıların ərsəyə gətirdiyi bu film 20 Yanvar hadisələrinin ildönümünə həsr olunub.
Ekran əsərinin yaradıcı heyətini təqdim edirik:
Rollarda: Roman Şulqa, Canbala Babayev, İlkin Həmidli
Təsvir rejissoru: Nurlan Ələkbərov
Redaktor: Rüstəm Babazadə
İcraçı prodüser: Tərlan Babayev
Montaj: Ülvi Babayev
Səs operatoru: Murtuza Nəcəfli
Səs rejissoru: Mehman Nadirov
Geyim rəssamı: Samirə Mustafayeva
Gaffer: Nihad Məlikli
Maliyyə meneceri: Sevda Həsənova
Xüsusi minnətdarlıq: Sərxan Abdullayev, Fərid Hüseynov, Fuad Nuriyev, Əziz Məmmədov, Yalçın Cəfərov, Fariz Əhmədovhttps://www.youtube.com/embed/2ELlcg5xjxY