22 Dekabr 2024

Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq

“Çox nazik, 15 mikrona qədər polietilen torbaların istifadəsinə qadağa qoyulub”.

Musavat.com-un  məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, polietilen paketlərin alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır. Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub: “Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq. Polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”.