29 Mart 2024

Qafan və Dərələyəz icmaları nümayəndələri ilə görüş keçirilib – Fotolar

Yanvarın 14-də Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın Qafan və Dərələyəz mahalları İcmaları ilə görüş keçirilib.

Media1.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə çıxış edib.

Qərbi Azərbaycan İcmasının yaranması, 24 dekabrda Prezident İlham Əliyevin İcmada Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, bu görüşdə etdiyi proqram xarakterli nitqi və bu nitqdə verdiyi mesajlar üzərində xüsusi dayanan Ə.Ələkbərli İcmanın qarşısında duran vəzifələrin həyata keçirilməsində Qərbi Azərbaycanın kənd və rayon icmalarının xüsusi rolu olduğunu qeyd edib.

Sonra Dərələyəz və Qafan icmalarının nümayəndələri çıxış ediblər. Tədbirdə Qərbi Azərbaycan İcmasının şöbə müdirləri Miraslan Bəkirli və Qalib Qasımov iştirak və çıxış ediblər.