23 Dekabr 2024

Qadın idmançını ildırım vurub öldürdü

Qadın sörfinqçi Ketrin Dias məşq vatxı ildırım vurmasından ölüb.

“Report”un məlumatına görə, faciəvi hadisə Salvadordakı El-Tunko çimərliyində baş verib. İldırım çaxdığı vaxt Dias suda olub. 22 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ketrin Dias Salvador Sörfinq Federasiyasının prezidenti Xose Diasın qızı olub. İdmançı Ümumdünya Oyunlarına hazırlaşırmış.