26 Aprel 2024

Qadın cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Media1.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın qadın cüdoçusu bürünc medal qazanıb. Tatami ustası Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Vegi üçüncü yer uğrunda mübarizədə məğlub edib.

Qeyd edək ki, buna qədər komandamızın üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medala sahib olub.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.