19 Fevral 2025

Putin və Tramp görüşü ilə bağlı SON DƏQİQƏ – TARİX AÇIQLANDI

Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat verib.

İddia edilir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukraynadakı münaqişənin sona çatdırılması məsələsinin müzakirə ediləcəyi görüş fevralın sonuna qədər baş tuta bilər.