Putin Trampla danışıqlar üçün güclü komanda QURUR: Bu şəxslər YER ALACAQ – FOTO

Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar üçün “ağırçəkili komanda” toplayır.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlarda iştirak edəcək şəxslər bunlardır:
◾️ Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov;
◾️ Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin;
◾️ Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev.
Məlumata görə, Dmitriyev Trampın danışıqlar aparan şəxsləri ilə qeyri-rəsmi əlaqə kanalı kimi “açar rol” oynaya bilər. Uşakov isə Amerika elitasını yaxşı tanıyır və Moskvada böyük nüfuza malikdir.
Agentlik bildirir ki, belə danışıqlar aparan şəxslərin seçilməsi, Putinin istənilən danışıqların əlverişli nəticəsini təmin etmək istəyini göstərir.
Musavat.com
