21 Dekabr 2024

Putin TƏCİLİ QƏRAR İMZALADI – Savaşın gedişatı Rusiyanın xeyrinə dəyişə bilər

Rusiya prezidenti Vladimir Putinin qərarı ilə üç və ya daha çox uşağı olan kişiləri səfərbərlikdən azad edən qayda ləğv edilib.

Musavat.com Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Rusiya liderinin qərarı yeni səfərbərliyə hazırlıq kimi şərh edilib.

Qəzet Putinin bu plan çərçivəsində Ukraynaya daha 500 min əsgər göndərməyə hazırlaşdığını yazıb.

Rusiyalı deputatlar Milli Qvardiyaya daha çox səlahiyyət verən və xaricə qaçan rusların əmlakını müsadirə etməyə imkan verən qanun layihəsi də təqdim ediblər.

63ce719c4e3fe00d9c6ad636.jpg (55 KB)

Əldə edilən məlumatlardan biri də odur ki, Rusiyanın müxtəlif bölgələrindəki komissarlara döyüş yaşında olan kişilərin siyahılarını hazırlamaq tapşırılıb. Bildirilir ki, yeni səfərbərlik qərarı veriləcəyi təqdirdə Ukrayna müharibəsi Rusiyanın xeyrinə dəyişə bilər.

Xatırladaq ki, Ukrayna Qərbdən tank yardımı gözləyir.

Berlin Kiyevin təcili gözlədiyi Almaniya istehsalı olan tankları Ukraynaya göndərmək istəmədiyi üçün müttəfiqlərinin sərt reaksiyası ilə üzləşir. Görünən odur ki, Almaniya bu reaksiyalardan sonra qərarını dəyişsə belə, tankların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün deyil.

63ce72094e3fe00d9c6ad638.jpg (96 KB)

Ukrayna əsgərləri Xerson vilayətində Rusiya mövqelərini bombalayır (Foto: AP)

“Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Qeyd edək ki, Almaniya istehsalı olan “Leopard” tankları Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, İspaniya, Çexiya, Türkiyə, Macarıstan kimi Aİ və NATO ölkələrində mövcuddur və Polşa özündə olan “Leopard” tanklarının Kiyevə çatdırılması üçün işlərə başlayıb.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, Berlin Polşanın bu qərarına qarşı çıxmır.

Dünyada müxtəlif orduların xidmətində təxminən 2670 ədəd “Leopard 2” tankı var. Təxminən 64 ton ağırlığında olan “Leopard” saatda 70 kilometr sürətə çata bilir və 120 millimetrlik hamar lüləli silahla 5 min metrə qədər hədəfləri vura bilir.