Putin Rusiyada yumurtanın bahalaşma səbəbini izah edib
Ölkədə yumurta qiymətlərinin artmasına səbəb adıçəkilən məhsula tələbatın çoxalmasıdır. Ancaq bu sahəyə cavabdeh şəxslər vəziyyəti vaxtında dəyərləndirməyiblər. Məhsula olan təlabatı ödəmək üçün idxal işləri düzgün təşkil olunmayıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Xabarovskda Uzaq Şərq Federal Dairəsinin (FEFD) iş adamları ilə görüşündə bildirib.
“Görürsünüz , yumurta sarıdan bizdə nə baş verdi? Sadəcə olaraq bizdə vaxtında lazım olan tədbirlər görülməyib”, – deyə Rusiya lideri bildirib.
Putin ölkədə bu məhsulun istehsalının həcminin azalmadığını, əksinə istehlakın artdığını qeyd edib. Onun sözlərinə görə, rusların gəlirləri bir qədər artıb, daha çox yumurta və toyuq əti almağa başlayıblar. Bununla yanaşı, dövlət başçısı əlavə edib ki, hakimiyyət idxalı vaxtında açmayıb və buna görə də məhsulun qiyməti qalxıb.