11 Avqust 2025

Prezident müharibədə iştirak edən şəxslərlə bağlı qanunu dəyişdi

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, qanuna əsasən, Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Qanuna görə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.