Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafında keyfiyyətcə yeni bir mərhələyə daxil olmuşdur
Həyata keçirdiyi əməlləri ilə xalqımızın sərhədsiz sevgisini qazanan lider İlham Əliyev haqqında böyük fəxarət hissi ilə deyə bilərik ki, müasir Azərbaycan dövlətçiliyinin banisi olmuş ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yola sadiqdir və hakimiyyətdə olduğu illər ərzində ölkəmizi ən uca zirvələrə böyük əzmlə, səylə yüksəltməkdədir.
Azərbaycan tarixinə yeni missiya, ilə “əsl siyasət konkret real iş görməkdən ibarətdir” deyərək 2003-cu ildən Azərbaycan xalqının, vətəndaşlarının qayğı və problemlərinin həlli üçün əlindən gələnin ən yaxşısını etmişdir.
Azərbaycan Respublikasında 2018-ci il 11aprel tarixində keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev seçicilərin prezidentə olan inaminin nəticəsi olara 86,03%-nin səsini qazanaraq rəqiblərindən böyük səs fərqi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı həmişə olduğu üzrə bu seçimdə də xalqın etimadını qazanmış böyük bir lideri prezident seçməklə necə də düzgün və müdrik bir seçim etdiyi sübuta yetirmişdir.
Yeniden xalqdan etimad mandatı alan Prezident İlham Əliyev rəhbərliyi altında Azərbaycan öz inkişafında keyfiyyətcə təzə bir mərhələyə daxil olmuşdur və bu mərhələdə iqtisadi,siyasi bütün sahələri əhatə edən genişmiqyaslı, fasiləsiz, davamlı islahatlar həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı