09 Dekabr 2022

Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verdi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Media1.az xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi”.