08 Dekabr 2022

Polşaya raketlər düşdü – Baş nazir Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırdı

Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki raketin düşməsi xəbərləri fonunda baş verib.

“Report” xəbər verir ki, Polşanın Lyublyana vilayətinin Pşevodov kəndi ərazisinə iki raketin düşməsi faktını ZET radiosu yayıb.

Məlumata görə, raketlər taxıl qurutma maşınlarına düşüb. Hadisə nəticəsində iki nəfər ölüb. Polis, prokurorluq və ordu hadisə yerindədir.

Keçiriləcək iclasın raketlərin düşmə ehtimalı ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.