08 Sentyabr 2024

Polietilen torbalar yanvarın 1-dən qadağan edildi – vətəndaşlarımızın münasibəti VİDEO

Yanvarın 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadə və satışı qadağan edilib.

Əgər xidmət obyektlərində plastik materialların istehlakçıya satılması və ya verilməsi hallarına rast gəlinərsə, buna görə fiziki şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğində cərimə tətbiq ediləcək.

Musavat.com olaraq, bu gün mağazalarda və supermarketlərdə müşahidələr apardıq. Müşahidələrimizdən aydın oldu ki, qanun qüvvəyə minsə də nə alıcılar, nə də satıcılar qaydalara əməl etmir. Hətta, əksər müştərilərin demək olar ki, tədbiq olunan bu qadağalardan xəbəri yoxdur.

Qeyd edək ki, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların satışının dayandırılması 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Daha ətraflı videomatrealımızda

Elçin Əkbərov,
Musavat.com