23 Dekabr 2024

Planetin “ağ ciyəri” yanır, su qıtlığı, səhralaşma artır – ekoloji fəlakət qapıda

Qlobal iqlim dəyişikliyi dünyanın sonunu gətirə bilər; alimlərin narahatlığı artır, təhlükə isə azalmır

Yer planetində təbii fəlakətlər hər zaman baş verib. Qasırğalar, sunamilər, daşqınlar, sellər, böyük əraziləri əhatə edən yanğınlar və s. Son illər isə planetimizdə iqlim dəyişikliyi müşahidə olunur. Ekoloqlar bunu birmənalı olaraq, qlobal istiləşmə termini ilə ifadə edirlər. Son illər dünyanın müxtəlif ölkələrində qeydə alınan anomal istilər bunu təsdiqləyir. Bunu yaradan səbəbləri isə saymaqla bitməz. Zavodların, fabriklərin, avtomobillərin, təyyarələrin havaya  buraxdığı zəhərli qazların təbiətə, atmosferə zərər vurduğu çoxdan sübut olunub. Alimlər əmindir ki, iqlim dəyişikliyinin səbəbi insan fəaliyyətidir. Yüksək temperatur planetimizdə səhralaşmaya səbəb ola bilər. Başqa cür ifadə etsək, quraqlıq su çatışmazlığı yarada bilər.

Bəs görəsən, bunun qarşısını almaq mümkün olacaqmı? İllərdir mətbuat və digər vasitələrlə ictimaiyyətə ötürülən “suya qənaət edək” mesajları effekt verəcəkmi?

Son günlər qardaş Türkiyənin ayrı-ayrı bölgələrində, o cümlədən, ölkəmizdə qeydə alınan meşə yanğınları qlobal istiləşmə problemini yenidən gündəmə gətirib.

Bəzi ərazilərdə yüksək temperatur qeydə alındığı halda, bəzi ölkələr daşqın, sel fəlakəti ilə çarpışır.

Bəs bir gün dünya həqiqətən qlobal ekoloji fəlakətlərlə üz-üzə qalarsa, bizi nə gözləyir? Çıxış yolu varmı?

Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır -  Polemika.az Xəbərlər Hadisələr Polemikalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri mərkəzinin direktoru Ceyhun Həsənov qlobal iqlim dəyişikliyinin dünyanı təhdid edən əsas problemlərdən biri olduğunu, bunun səbəbinin atmosferə atılan istilik yaradan qazlar olduğunu bildirib:

“Kənd təsərrüfatı, energetika, yanacaq, nəqliyyat və s. Sənayeləşmə prosesinin sürətlənməsindən sonra istilik yaradan qazların konsentrasiyası çoxalıb. Fəsadlar isə göz önündədir – səhralaşma, quraqlıq, su çatışmazlığı, daşqınlar, sellər və s. Bunun qarşısını almaq üçün 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalanıb. Ölkəmiz bu konvensiyaya 1995-ci ildə qoşulub. 2020-ci ildən qüvvəyə minən Paris sazişinə Azərbaycan da qoşulub. Sazişə imza atan hər ölkə istilik və qaz yaradan emissiyaların miqdarında azalmanı öhdəlik kimi götürüb. Problemin qarşısını almaq üçün paralel olaraq, yeni, az emissiyalı texnologiyaların tətbiqi, alternativ enerjidən daha çox istifadə və gündəlik qənaət mexanizmləri tətbiq oluna bilər”.

Bəs alternativ enerji mənbələri həqiqətənmi çıxış yoludur? Elmi jurnallarda, alimlərin çıxışlarında günəş panelləri, elektromobillərin istehsalı ilə bağlı fikirlərə tez-tez rast gəlirik.

Energetika Nazirliyində Mətbuat sektorunun müdiri – mətbuat katibi  vəzifəsinə yeni təyinat olub | Azərbaycan Energetika Nazirliyi

Cahid Mikayılov

Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov hesab edir ki, iqlim dəyişmələri və qlobal istiləşmə ilə səmərəli mübarizə üsullarından biri “yaşıl enerji”dən istifadənin genişləndirilməsidir.

“Hazırda dünyada geniş istifadə olunan neft, qaz, daş kömür kimi ənənəvi enerji mənbələrinin istismarı zamanı ətraf mühit ciddi mənfi təsirlərə məruz qalır. Sadalanan enerji daşıyıcılarının yandırılması ilə atmosferə istixana qazları atılır. Günəş, külək, kiçik su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi kimi bərpa olunan enerji daşıyıcılarından istifadə zamanı isə təbiətə istixana qazları atılmır. Beləliklə, artan enerji tələbatının qarşılanması zərurəti, mövcud ənənəvi enerji mənbələrinin tədricən azalması, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan zərərin yüksək olması nəzərə alınmaqla, hazırda bütün dünyada ekoloji cəhətdən daha təmiz bərpa olunan enerji mənbələrinə üstünlük verilir. Müqayisə üçün qeyd edə bilərik ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) müvafiq hesabatına əsasən, COVİD-19 qlobal pandemiyasının mənfi təsirlərinə baxmayaraq, ötən il ərzində 2019-cu illə müqayisədə 50 faizdən daha çox bərpa olunan enerji stansiyası quraşdırılıb. Yeni ”yaşıl enerji” stansiyaları yeni quraşdırılmış ümumi elektrik enerjisi gücünün 80 faizdən çox hissəsini təşkil edib.

Yangın çıkan iller! Son dakika: Yangın hangi illerde çıktı? Yangında son  durum | Gündem Haberleri

Azərbaycanda da “yaşıl enerji”dən istifadənin genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Qısa müddət öncə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına özəl investisiyaların cəlbi istiqamətində bir çox işlər görülüb. Qeyd etmək yerinə düşər ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətləri tərəfindən Azərbaycanda xarici investisiya hesabına həyata keçiriləcək 230 MVt gücündə günəş və 240 MVt gücündə külək elektrik stansiyası üzrə layihələrin reallaşdırılması ilə illik 600 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısı alınacaqdır”.

Bəli, sənayeləşmə həyatımızı rahatlaşdırıb. Zaman qazanmışıq, hər nə istəsək, demək olar ki, rahatlıqla əldə edirik. Lakin unutmayaq ki, öz rahatlığımız üçün planetimizə zərər vurmamalıyıq. Əlimizdə olan resursları səmərəli istifadə etməliyik. Yalnız bu halda, rahat nəfəs ala, gələcəyimizi qoruya bilərik.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”