27 May 2024

Peskov: “Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün hələlik ilkin şərtlər yoxdur”

Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışmaq tezdir, bunun üçün hələlik ilkin şərtlər yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Münaqişənin sülh yolu ilə həlli üçün müxtəlif tərəflərin təklif etdiyi planlardan hansının Rusiyaya daha yaxın olduğu cavablandıran Dmitri Peskov deyib: “Bu barədə danışmaq tezdir. Sülh yolu ilə həll üçün heç bir ilkin şərt yoxdur. Xüsusi hərbi əməliyyat davam edir”.