28 Mart 2024

Peskov: “Türkiyə ilə Rusiya arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq mümkündür”

Suriya ilə bağlı Rusiya və Türkiyə hakimiyyətləri arasında fikir ayrılıqları var.

Bunu noyabrın 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir.

“Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Bu səviyyəli qarşılıqlı anlaşma və qarşılıqlı hörmət həqiqətən belə çətin vəziyyətlərin müzakirəsi üçün yaxşı əsasdır”, – Peskov qeyd edib.

Mənbə: rossaprimavera.ru