23 Dekabr 2024

Pensiya yaşına çatmış şəxslərlə gənclərin görüşü keçirilib- Bərdədə

ASANKönüllüləri tərəfindən pensiya yaşına çatmış şəxslərlə gənclərin görüşü keçirilib.

Media1.az xəbər verir ki, görüş Bərdədə olan Xan meşəsində təşkil edilib. Çay süfrəsində yaşlılarla gənclər arasında maraqlı söhbətləşmə olub.

Onu da qeyd edək ki, sözügedən görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində təşkil edilib. “Fəal yaşlanaq, həyatımıza rəng qataq” şüarı ilə icra olunan layihənin ASAN Könüllüləri tərəfindən həyata keçirilən komponenti çərçivəsində yaşlıların daha rəngarəng və faydalı zaman keçirməsinə, eləcə də nəsillər arasında dialoq qurulmasına şərait yaradılıb.

Media1.az