30 Noyabr 2023

Pelosi Ermənistanda bunları edəcək – Son dəqiqə (YENİLƏNİB)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib.

Media1.az xəbər verir ki, bu barədə Pelosinin ofisi məlumat yayıb.

Nensi Pelosinin səfəri sentyabrın 19-dək davam edəcək.

xxx

ABŞ Senatının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlanıb.

Media1.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini İrəvana gələcək.

“Sentyabrın 17-19-da spiker Pelosi baş nazir Nikol Paşinyan, Ermənistan Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək, ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək”, məlumatda qeyd olunub.

Spiker Pelosi həmçinin mətbuata müraciət edəcək, “Erməni Soyqırımı” Memorialına əklil qoyma mərasimində iştirak edəcək.

Pelosini Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşayiət edir.