Paşinyanın tərəfdarları Qarabağ terrorçularının əski parçasını daşıyan şəxsi döymək istədilər – video
Ermənistan paytaxtında iqtidar-müxalifət qarşıdurması pik nöqtəsinə çatıb. Axşam saatlarından başlayaraq, həm Nikol Paşinyan öz tərəfdarları ilə küçəyə çıxıb, həm də “Vətəni xilas hərəkatı” etirazlara başlayıb. Aksiya ərəfəsində kiçik insidentlər də qeydə alınıb. Belə ki, baş nazir Nikol Paşinyanın tərəfdarları müxalifəti müdafiə edən yaşlı şəxsə hücum ediblər.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxsi itələyib geri qayıtmağa vadar edən paşinyançılar onun üzərinə şığıyıblar. Ancaq polis əməkdaşlarının araya girməsi nəticəsində məsələnin qanlı sonluqla bitməsinin qarşısı alınıb. Diqqətçəkən budur ki, erməni mediasının “yaşlı kişi” kimi təqdim etdiyi şəxsin hərbi geyimdə olması və çiyninə Qarabağ terrorçularının əski parçasını salmasıdır. Çox güman ki, bu qoca kaftar Qarabağ döyüşlərinin iştirakçısıdır və Azərbaycan ərazisindən müxalifətə dəstək aksiyasında iştirak üçün gedib. Lakin N.Paşinyanın tərəfdarları onun dərsini veriblər.
Qeyd edək ki, Qarabağ klanının N.Paşinyana qarşı üsyana qalxmasından sonra Ermənistan ermənilərinin Qarabağ ermənilərinə və onların cani liderlərinə nifrəti dahaa da artıb.