29 Mart 2024

Paşinyanın Azərbaycandan istədiyi əsirlər terrorçulardı

Ermənistan tərəfi Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb.

“Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi – əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin, axtarış-xilasetmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır”,-deyə məğlub dövlətn baş naziri Nikol Paşinyan bildirib.

Erməni tərəfi “əsir, girov və saxlanılan şəxslər” deyəndə 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavənd istiqamətində diversiya-təxribat fəaliyyəti göstərmiş və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı terrorçuları nəzərdə tutur.
Yeri gəlmişən, Azərbaycanın rəsmi qurumları söügedən əməliyyat zamanı Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığıni bəyan edib.

Əsir və girovlara gəlsikdə isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov yanvarın 5-də verdiyi açıqlamada Azərbaycanda cəmi 5 hərbçi və 2 mülki erməninin  saxlanıldığını bildirib.

Beləliklə, Ermənistan əsir və girovların deyil, terrorçuların qeyd-şərtsiz təhvil verilməsini istəyir.

Məğlub olan ölkənin bu cür şərtlə çıxış etməsi düzgündürmü?


Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bu məsələ barəsində danışıb. Onun sözlərinə görə  Ermənistan məğlub ölkə olaraq heç bir şərt irəli sürə bilməz:


“Çünki Azərbaycan daha əvvəl “Erməni əsgəri ölmək, əsir düşmək istəmirsə, ərazilərimizi tərk etsin!” bəyanatını yüksək səviyyədə səsləndirmişdi. Bu bəyanatları görməzdən gələn Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatlar törətmiş diversiya qrupunun üzvləri olan terrorçuların qaytarılması tələbi ilə çıxış etməsi absurddur. Birinci Qarabağ müharibəsində mənim tabeliyimdə olan dörd əsgər haqqında hələ də bir xəbər verilməyib. Ermənistan hakimiyyəti rəsmi olaraq onların həlak olması və yaxud da əsir düşməsi barədə bir kəlmə olsun söz demir. Əgər Ermənistan əsirlərə qarşı bu qədər həssaslıqla yanaşırsa, o zaman buyursun Birinci Qarabağ müharibəsi zamanı götürdüyü azərbaycanlı əsirlər barədə məlumatları ortaya qoysun”.


Ekspert bildirib ki, Ermənistan bu məsələlərdə ehtiyatlı olmalı, səsinin tonunu da bir az müharibənin şətlərinə uyğun səviyyəyə endirməlidir.

“Terrorçuların isə Ermənistana qaytarılacağını düşünmürəm. Terrorçu ya məhv edilir ya da  həbsdə çürüyür”.

Hərbi ekspet deyib ki, Xocavənd istiqamətində aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı erməni terrorçuları hərbi cinayətlər törətmiş şəxslər iki mühakimə olunmalıdır. Onların azad olunmasından söhbət gedə bilməz, çünki diversiya-təxribat fəaliyyəti göstərmiş həmin silahlılar hərbi əsir deyil, terrorçulardı. Bu fakt Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur.


Mehri Qurban