22 Dekabr 2024

Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ açıqlaması – HAZIRIQ!

Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır.

Musavat.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşiyan bildirib.

O qeyd edib ki, qazın Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranziti istisna oluna bilməz:

“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, – Paşinyan qeyd edib.

O vurğulayıb ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.