Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ açıqlaması
“Ermənistanın Azərbaycanla pozulmuş hərbi balansı bərpa etməyə yönəlmiş ciddi proqramları var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2022-ci il üçün icrasının gedişatı və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı bildirib.
Müxalif deputatlar, xüsusilə, hərbi potensial baxımından iki ölkə arasında çox ciddi uçurum yarandığına diqqət çəkiblər.
“Biz balansı bərpa etmək üçün ciddi proqramlar hazırlamışıq. Lakin bunları açıq müzakirəyə çıxarmayacağıq”, – deyə Paşinyan bildirib.
Ermənistan baş naziri milli təhlükəsizlik məsələlərini qapalı qapılar arxasında müzakirə etməyə hazır olduğunu sözlərinə əlavə edib.