23 Dekabr 2024

Paşinyan xalqla yürüş edir – CANLI

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəqiqələrdə İrəvanın mərkəzi prospektində xalqla birgə yürüş edir.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, minlərlə erməni onun çağırışına qoşularaq küçələrə axışıb və ona dəstək ifadə edir. Paşinyan səsgücləndirici ilə tərəfdarlarına səslənir, hərbi qiyama çağırış etmiş qüvvələrə öz gücünü göstərir. Hazırda küçə və meydanlar Paşinyan tərəfdarları ilə doludur. Qeyd edək ki, 2008-ci il, martın 1-də Serj Sərkisyan rejiminə etiraza qalxmış aksiyaçılar arasında 10 nəfər qətlə yetirilmişdi. Paşinyan indi həmin revanşist qüvvələrə xalqla birgə müqavimətini nümayiş etdirir.