20 Sentyabr 2024

Paşinyan: “Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad edildi”

Baş nazir: “Bu gündən etibarən Qasparyan qanunun gücü ilə tutduğu vəzifədən kənarlaşdırılıb”

“Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisinin istefaya göndərilməsi barədə fərmanı vaxtında imzalamadığı və Konstitusiya məhkəməsinə müraciət etmədiyi üçün Onik Qasparyan tutduğu vəzifədən azad olunmuş sayılır”. Media1.az AYNA-ya istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, bu gündən etibarən O.Qasparyan qanunun gücü ilə tutduğu vəzifədən azad edilir.

Qeyd edək ki, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi O.Qasparyan və ali komanda heyəti Paşinyanın istefasını tələb etdikdən sonra ölkədə siyasi böhran daha da dərinləşib.

Baş nazir bunu hərbi çevriliş cəhdi kimi qiymətləndirib və Baş Qərargah rəisinin istefaya göndərilməsi barədə Prezidentə iki dəfə müraciət ünvanlayıb.