29 Mart 2024

Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib. 

Nikol Paşinyan bəyan edib ki, mətndə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə aydın siyasi qiymət verilmir və bu, KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi və Azərbaycan tərəfindən Ermənistana “təcavüz” üçün yaşıl işıq kimi şərh edilməsi anlamına gələ bilər.