22 Dekabr 2024

Paşinyan Fransa səfirinə: “Beynəlxalq media Qarabağa səyahət üçün Azərbaycan akkreditasiyasını almalıdır”

Rusiyalı sülhməramlılar, fransız jurnalistləri Xankəndinə buraxmadılar, Azərbaycan akkreditasiyasını təqdim etmələrini tələb etdilər

Rus sülhməramlıları, fransız jurnalistlərin Azərbaycan akkreditasiyasını göstərmələrini tələb edərək Xankəndinə girməsinə icazə verməyiblər.

Minval.az-ın xəbərinə görə, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.



Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim, fikir liderləri Qarabağa getmək və “baş verənləri öz gözləri ilə görmək üçün Ermənistana gəldilər. ” İrəvanda rəsmi olaraq akkreditə olundular və Xankəndinə doğru yola düşdülər. Laçında onları rus sülhməramlıları dayandırdı və soruşdular: “Hara gedirsiz?”

“Jurnalistlər Qarabağa getdiklərini və akkreditasiyalarını göstərdikdə, sülhməramlılar onları buraxmayıblar. Jurnalistlərə deyilib ki, Ermənistanda alınan akkreditasiya etibarsızdır və onunla Azərbaycana giriş qadağandır.

sülhməramlı qarabağda azərbaycan ile ilgili görsel sonucu

“Girmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyasından keçin”. Nümayəndə heyəti İrəvana – Fransa səfirliyinə qayıdır. Fransa səfiri – Jonathan Lakot – qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə qurur və nələrin baş verdiyini soruşur. Və Nikol ona cavab verir ki, bəli, 11 yanvarda beynəlxalq medianın Qarabağa getmək üçün Azərbaycandan akkreditasiya alması barədə razılığa gəldik və ümumiyyətlə, bütün bu məsələlərə qarışmamaları daha yaxşıdır. “Jonathan Lakotun susmaqdan başqa çarəsi yox idi”,deyə Minasyan öz Telegram hesabında yazır.