03 Fevral 2025

Parlament Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə səs verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, qanun layihəsi barədə Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verib.

Təqdimatdan sonra qanun layihəsi yekdilliklə təsdiqlənib.