08 Sentyabr 2024

Pakistan səfirliyi viza verilməsində dəyişiklik edildi

Pakistanın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasına dəyişiklik edib.

“Report” xəbər verir ki, fevralın 1-dən viza almaq üçün müraciətlər yalnız http://www.visa.nadra.gov.pk/ viza portalı vasitəsilə online qaydasında həyata keçiriləcək.

Bu qərar Pakistan hökuməti və Xarici İşlər Nazirliyinin müvafiq təlimatına əsasən verilib.