18 Aprel 2024

Pakistan məhkəməsi İmran Xanın həbsinə order verdi

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın terrorizm ittihamı ilə həbs olunmasına qərar verib.

Media  xəbər verir ki, Pakistan mətbuatında yayılan xəbərlərə görə, qərarı Marqalla rayonunun yerli hakimi verib.

Sentyabrın 1-də məhkəmə İmran Xanın ev dustaqlığı müddətini sentyabrın 12-dək uzatmışdı.

İmran Xan yaxın köməkçisi Şahbaz Gillin iki günlük həbsinə görə İslamabad polisinin yüksək vəzifəli şəxsləri və bu hökmü verən hakim Zeba Çaudrini hədələməkdə günahlandırılır.

Pakistanın Tehreek e Insaf (PTI) üzvləri partiya liderləri və keçmiş baş nazir İmran Xanın həbsinə order verilməsinə reaksiya verib. PTI partiyasından Maleeka Buhari bildirib ki, partiya demokratiya prosesini davam etdirmək istəyir, faşizmi və barbarlığı pisləyir.

“Onlar istədikləri qədər İmran Xanı məhkəməyə verə bilərlər. İmran Xan həbs olunarsa, insanlar küçələrə axışacaq və biz qanuni şəkildə müqavimət göstərəcəyik”,– deyə Maleeka Buhari bildirib

Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentin etimad səsverməsində 174 “yox” səsi toplayan İmran Xan vəzifədən kənarlaşdırılmışdı. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.