29 Mart 2024

Pakistan aviaşirkəti Lahor-Bakı birbaşa reysinə başlayır

Lahordan həftədə iki dəfə olmaqla Bakıya aviareyslər həyata keçiriləcək

“Pakistan Beynəlxalq Hava Yolları” Lahor-Bakı birbaşa aviareysinə başlayır. AYNA-nın xəbərinə görə, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki, martın 14-dən etibarən Lahordan həftədə iki dəfə olmaqla Bakıya aviareyslər həyata keçiriləcək.

Həmçinin aviaşirkət Əfqanıstana və Özbəkistana da reyslər həyata keçirməyi planlaşdırır.