Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı: “Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı?” VİDEO
Fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən Sevil Atakişiyevanın ailəsi baş verənlər barədə danışıb.
BAKU.TV əməkdaşları intihar edən Sevil Atakişiyevanın valideynlərini danışdırıblar.
“Mən qızımı oxutdurmuşam. 11 il məktəbə gedib-gəlib. Mən şiddətli biri olsaydım, onu oxutdurmazdım. Onu anası kimi 1-2 il oxutdurub, çıxarıb oturdardım evdə. İstəyirdim qızım savadlı olsun”, – deyə Samir Atakişiyev bildirib.
Evdə şiddət görməsinə gəlincə, Samir Atakişiyev yazılanların həqiqətə uyğun olmadığını bildirib.
“Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı? Təpinmək olmalıdır, mənə də evdə təpiniblər. İnanmıram elə uşaq olsun ki, valideyni onu danlamasın. Rəfiqələri ilə görüşürdü dediyi saatda evə gəlməyəndə əsəbləşirdim. Deyirdim ki, niyə gec gəlmisən? Bir zəng edib, mənə deyərdin ki, yarım saat gec gələcəyəm”.
Daha ətraflı məlumat almaq üçün BAKU.TV-nin hazırladığı süjet izləyin: