Özünə peyvənd vurduran ABŞ konqresmeni yenidən koronavirusa yoluxdu
ABŞ konqresmeni, Demokrat parityasının üzvü və Massaçusets ştatını təmsil edən Stiven Linç “Pfizer” firmasının hazırladığı peyvəndin ikinci dozasını vurdurduqdan sonra yenidən koronavirusa yoluxub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “CBS” kanalı məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Stiven Linç son həftələrdə virusa düçar olan konqresmenlərdən sayılır.
Amerikalı siyasətçinin mətbuat xidməti informasiyanı təsdiqləyərək virusun onun Bostondakı ofisində çalışan əməkdaşlarından biri tərəfindən keçdiyini bildirib.
“Mister Linçdə xəstələyin hər hansı simptomları müşahidə edilməməsinə baxmayaraq o, özünü-təcrid rejiminə keçib və yaxın həftələrdə etibarnamə ilə Konqresdə səs verəcək”, – deyə Stiven Linçin nümayəndəsi danışıb.