16 Aprel 2024

Özbəkistan prezidenti Azərbaycana gəlirVACIB

Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.