22 Dekabr 2024

Ova getmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq və ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların ov etmələri qadağan olunur.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur”.//APA