Ov etmək istəyənlərin nəzərinə: Nazirlik məlumat yaydı
Fevralın 28-də Azərbaycanda ov mövsümü bitir.
Media1.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı: “Ov mövsümü ilə bağlı yekun rəqəmlər iki həftədən sonra – mövsüm bağlananda açıqlanacaq”.