Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov nazirlikdə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb:
“Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Partiyası və Respublikaçı Partiyasıdır”.