03 Dekabr 2024

Oruc tutanlara bunları etmək olmaz – XƏBƏRDARLIQ

“Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Bu fikirləri Musavat.com-a tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla bildirib.

QEYBULLA.jpg (22 KB)

O qeyd edib ki, oruc tutanlar sağlamlığında ciddi problemlər olmayan şəxslər olmalıdır:

“Bunun üçün konkret göstərişlər var. Misal üçün, şəkərli diabeti olan şəxslər, hansılar ki, insulin vururlar, qida qəbul etməlidirlər, bunlar oruc tuta bilməzlər. Amma əksər xəstələr oruc tuta bilirlər. Birincisi, iftar açandan sonra həddən artıq çox qidalanmamalı, az-az porsiyalardan və duru qidalardan başlamaq lazımdır. İlk olaraq ilıq su içmək lazımdır. Birdən-birə çox qida qəbul etmək düzgün deyil. Bəzən insanların problemləri ondan qaynaqlanır ki, onlar iftardan sonrakı dövrdə həddən artıq qida qəbul edirlər. Bu da ekstremal bir durumdur, insanlar bunu tənzimləməlidirlər. Orucluq vaxtı qida qəbulu mümkün qədər az olmalıdır ki, mədəyə və orqanizmə yük düşməsin”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edir. Qədr (Əhya) gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.

Afaq Mirayiq,
Musavat.com