19 Aprel 2024

Ordumuz döyüş hazırlığı üzrə dərslər keçdi

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.