13 İyul 2024

Oqtay Şirəliyevin qızı Rusiya XİN-də təyinat alıb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunub.

Media1.az APA-ya istinadən xəbər verir ki, Nərmin Şirəliyeva Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestvo”nun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.

N.Şirəliyeva indiyə kimi Moskva vilayətininin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.