25 Aprel 2024

Operativ Qərargah məlumat yaydı: 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 3667 aktiv xəstə var. Bu günə qədər 9796 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3659, bu günə qədər isə ümumilikdə 7 138 810 test icra olunub.