22 Dekabr 2024

Ölümün sahilində keçən ömür: Titaniklə birlikdə 3 gəmi qəzasından sağ qurtulan “batmayan qadın” VİDEO FOTOLAR

Tibb bacısı Violet Cesop 3 gəmi qəzasından xilas olub. Üstəlik, bu gəmilər arasında Titanik də var…

Ölümün eşiyindən qayıdan insanların hekayələrini eşitmiş ola bilərsiniz. Ancaq bu gün haqqında bəhs edəcəyimiz hekayə digərlərindən bir az fərqlidir. Çünki tibb bacı Violet Cesop ölümdən bir dəfə deyil, bir neçə dəfə xilas olub. Kiçik yaşlarında vərəm xəstəliyindən əziyyət çəkən, sonra 3 gəmi qəzasından xilas olan Cesop necə həyatda qala bilib?

Tibb bacısı olan Violet Jessop haqqında maraqlı məlumatları təqdim edirik:

Violet Cesop 1887-ci ildə Argentinada anadan olub. Çox gənc yaşlarında vərəm xəstəliyinə tutulan Cesop yalnız bir neçə ay yaşayacağını düşünüb. İrlandiyalı bir mühacir ailənin qızı olan Violetin 5 qardaşı olub. Violet xəstəliklə mübarizə aparıb və həyata dönməyi bacarıb. Lakin qarşılaşdığı çətinliklər bununla məhdudlaşmayıb. Bu, sadəcə başlanğıc olub. Cosep 16 yaşında ikən atasını itirib. Atasının ölümündən sonra ailə İngiltərəyə köçməyə qərar verib. Anası bir gəmidə stüardessa olaraq işə düzəlib, Violet isə monastır məktəbinə gedib.

violet jessop

Cosep 21 yaşında ikən həyatını dəyişdirən bir addım atıb. O da anası kimi gəmidə işləməyə başlayıb.

Cosepin anası bir müddət gəmidə çalışdıqdan sonra olduqca ağır xəstəliyə tutulub. Cosep də anasının yolunu davam etdirməli və ailəsinə qulluq etmək üçün çalışmalı olduğuna qərar verib. Violetin yelkənli səfəri məşhur “White Star Line” şirkəti ilə başlayıb və ilk gəmi qəzasını bu şirkətdə yaşayıb.

Violet Jessop: The nurse who survived all three disasters aboard the sister  ships: The Titanic, Britannic, and Olympic

Violet “White Star Line” şirkətində işə başladığında, əvvəlcə “Majestic” gəmisinə yerləşdirilib, lakin 1910-cu ildə “RMS Olympic”də işləməyə başlayıb. Violet saatlarla işləyir, minimum əmək haqqı alırdı.

20 sentyabr 1910-cu ildə “RMS Olympic”, üzərək gəmiləri batırmaq üçün hazırlanmış hərbi gəmi olan “HMS Hawke” ilə toqquşub. Xoşbəxtlikdən qəzada insan tələfatı olmayıb. Hər iki gəmiyə ciddi ziyan dəyib, lakin hər ikisi də etibarlı şəkildə limanlarına qayıtmağı bacarıb.

violet jessop

“RMS Olympic” qəzasından sonra Violet Titanikdə işləmək istəməyib. Lakin əla bir fürsəti əldən verəcəyini düşünən dostları tərəfindən razı salınıb. 10 Aprel 1912-ci ildə yola çıxdıqdan cəmi 5 gün sonra Titanik buzdağına dəyərək, batıb. Gəmi buzdağına dəyəndə Violet yatağında olub. Əvvəlcə nə olduğunu anlamayıb, sonra kabinəsindən çıxaraq göyərtəyə tərəf qaçıb. Burada bir çox qadına və uşağa xilasetmə gəmilərinə minməyə kömək edib. Növbə Violetə çatanda itmiş bir balaca uşağı da yanına alaraq “Lifeboat 16”a (xilasetmə qayığı) minib. Digər sağ qalanlarla birlikdə okeanın ortasında 8 saat gözlədikdən sonra ertəsi gün səhər “Carpathia” tərəfindən qurtarılıb. 

Bu fotoda da qayıqlarla “RMS Carpathia” adlı gəmiyə köçürülən sərnişinləri görmək mümkündür.

Photos show how the Titanic passengers were rescued - Insider

Violet Cesop  Titanik fəlakətindən sonra tibb bacısı olaraq işə başlayıb.

Violet, Birinci Dünya nüharibəsinin ortalarında, Titanik faciəsindən dörd il sonra Britaniyanın Qırmızı Xaç Komitəsində tibb bacısı olaraq işləyib. Xəstəxanaya çevrilən “Britannic” gəmisində işə başlayıb. Egey dənizində seyr halındaykən gəmidə qəfil bir partlayış baş verib. Cosep hadisə zamanı özünü dənizə atıb. O, suya atılan zaman başından olduqca sərt bir şəkildə zərbə alıb.

Partlayış anından etibarən gəminin tamamilə batması 57 dəqiqə çəkib. Sürətli batma vaxtına baxmayaraq, faciəvi qəzada yalnız 30 nəfər ölüb. Bu günə qədər partlayışın səbəbi hələ də aydın deyil.

Violet Jessop: A Short History Of A Survivor

Hadisədən illər sonra Violet şiddətli baş ağrısı ilə həkimə müraciət edib və bu partlayış zamanı aldığı zərbəyə görə kəllə sümüyünün qırıldığını öyrənib. Cosep bütün bu faciələrindən sonra ruhdan düşməyib və 63 yaşında təqaüdə çıxana qədər böyük gəmilərdə işləməyə davam edib.

Üç fərqli gəmidəki üç fərqli faciə Violetin işini sevməsinə mane olmayıb..

Violet Cesop 30 yaşını tamamlayarkən qısa bir müddət evil olub. Ancaq bu evlilik təxminən 6 ay davam edib və övladı olmayıb.

63 yaşında təqaüdə çıxıb, ömrünün qalan hissəsini toyuq-cücə saxlamaq və bağbançılıq kimi sevdiyi işlərlə keçirib. Məlum hadisələrdən dolayı ona “Batmayan qadın” ləqəbi verilib.Violet Cesop 83 yaşında vəfat edib.

Son olaraq Violetin yaşadıqlarını, Titanikdən qurtulma hekayəsini eşitmək istəyirsinizsə bu videonu da izləyə bilərsiniz.

Turan Oruc
Musavat.com