25 Aprel 2024

Ölü balina görənləri heyrətə gətirdi – Mütəxəssislər xəbərdarlıq etdi: “Patlaya bilər”

Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Malkolm adasında itlərini gəzdirən bir ailə maraqlı görüntülər ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, ailə çimərlikdə gəzintidə olarkən sahildə ölmüş balina cəsədini görüblər.

Heyvanın içində toplanan qazlardan şişən meyitini müayinə edən mütəxəssislər balinanın partlaya biləcəyi və sahilin qana boyana biləcəyi barədə xəbərdarlıq ediblər.

Müayinələrdə heyvanın ölüm səbəbi ilə bağlı hər hansı bir səbəb tapılmayıb. Eyni zamanda xarici xəsarət əlamətlərinin də olmadığı bildirilib. Analoji halların əvvəllər də yaşandığını vurğulayan ekspertlər mümkün partlayışın ağır nəticələri barədə xəbərdarlıq ediblər.

Media1/az

640xauto (2).jpg (92 KB)
15768223-728xauto.jpg (108 KB)