30 İyun 2025

Ölkəmizin energetika sahəsində əlamətdar bir gün

Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı ilə əlaqədar

Azərbaycan Respulikasının Prezidenti Cənab İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək bildirib ki,bu gün ölkəmizin energetika sahəsində əlamətdar gündür.

“8Noyabr”Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır.1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda bütün elektrik enerjisinin 40 faizindən çoxu Mingəcevirdə istehsal olunur və əlbəttə ki,görülmüş bütün işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir. Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki,sıfırdan qurduq. Ölkəmizin müxtəlif yerlərində yeni elektik stansiyaları qurulmuşdur, eyni zamanda Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. 2019-ci ildə”Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci ilin iyunun 25-də, düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan”Elektrik Stansiyasının generasiya 1800 meqavat,”8Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Cənab Prezident İlham Əliyev qeyd edib ki, həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı