20 İyun 2025

Ölkə ərazisinə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Təkrar yoxlama nəticəsində həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5 000 ədəd “Manchester” adlı siqaret aşkar edilib.