20 Aprel 2024

Oğuzda meşəətrafı ərazidə baş verən yanğın söndürülüb

Oğuz rayonunun Calut kəndi yaxınlığında meşəətrafı ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Media1.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.